Ətraflı
Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri və kanyonlar, bitki və heyvanlar aləminin ekoloji xəzinəsi... Bütün əzəməti ilə bura Şahdağdır! Şahdağ Turizm Mərkəzi öz adını Azərbaycanın, Qusar şəhərinin 29 km-də yerləşən Böyük Qafqaz dağ silsiləsinin dəniz səviyyəsindən 4243 m. hündürlükdə olan Şahdağ zirvəsindən götürmüşdür. Şahdağ milli parkının yaxınlığında salınan bu kompleksin tikintisi Azərbaycanda dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradır.
1. KANAT YOLU
Bağlı kanata minərək təhlükəsiz şəkildə gözəl mənzərələri və qarlı dağları izləyərək Şahdağın ən pik nöqtəsinə qalxacaqsınız. Oradan bütün Qusar görünəcək və tam mənzərə açılacaq. Ailə üçün ən gözəl seçimdir.
2. XİZƏKSÜRMƏ
Yamaclar üzərində ilk xizək təcrübəsini yaşamağınız və ya təcrübəli xizəkçi olub-olmamağınızdan asılı olmayaraq, bizdə sizə lazım olan hər bir şey mövcuddur. “Şahdağ” Turizm Mərkəzində fəaliyyət göstərən xizək mağazasından siz ən müasir ləvazimatları satın ala və ya icarəyə götürə bilərsiniz, mağazamızda çalışan personal sizə xizəksürmə bacarığınızdan asılı olmayaraq bu əyləncəli idman növündən zövq almağınız üçün peşəkar məsləhətlər verəcəklər. Yeni başlayanlar, eləcə də təcrübəli xizəkçilər üçün xizək məktəbi mövcuddur. Sizin rahatlığınızı təmin etmək üçün burada həm fərdi, həm də qrup şəklində dərslər təşkil edilir. Xizək, qoruyucu dəbilqə, snoubord və digər zəruri avadanlıqları alın və ya icarəyə götürün, dərsləri əvvəlcədən sifariş edin və Şahdağı kəşf edin. Süni qar yaradılmasında istifadə olunan ən son texnoloji avadanlıqlar 13 yamacda qış mövsümü boyu qar örtüyünü təmin edir. Bununla yanaşı Şahdağı kəşf etmək üçün ən müasir liftlər və qondola qaldırıcıları da sizin ixtiyarınıza verilir.
3. BUZ MEYDANÇASI
“Şahdağ” Turizm Mərkəzindəki buz meydançasında ruhunuza tam sərbəstlik verin. Meydança mərkəz hissədə, əsas meydanın sağ tərəfində yerləşir. Əgər siz ailənizlə birlikdə əylənmək və ya buz üstündə romantik gəzinti istəyirsinizsə, yaxud da sadəcə yeni həyəcan axtarışındasınızsa, “Şahdağ” Turizm Mərkəzindəki buz meydançasına gəlin.
4. PARAŞÜTLƏ TANDEM UÇUŞLAR
Tandem paraplan uçuşları uçuşları 2 start nöqtəsindən həyata keçirilir. Birinci start nöqtəsi 2250m yüksəklidə yerləşir. Peşəkar komanda sizi uçuş yerinə aparır. Lakin, bundan öncə sizə qısa təlim keçilərək lazımi qaydalar başa salınır. Uçuş 15-20 dəq davam edir. Yaş məhdudiyyəti 16 yaş və üzəridir, çəki məhdudiyyəti isə 40-120 kq arasında dəyişir. İkinci start nöqtəsi isə 1650m hündürlükdə yerləşir. Eyni qayda ilə təlimdən sonra uçuş nöqtəsinə yollanırsınız və uçuşunuz başlayır. Birincidən fərqli olaraq burada üçün 5-10 dəq davam edir. Uçuş nöqtəsinə isə kanat yolu vasitəsilə qalxırsınız. Çəki məhdudiyyəti dəyişmir, yaş məhdudiyyəti isə azalaraq 10 yaş və üzəridir. Nəzərinizə çatdıraq ki, siz tək olmayacaqsınız, təlimçi ilə birlikdə uçuş həyata keçiriləcək. Bütün uçuş müddəti “GoPro” kamerası vasitəsilə çəkilib sizə təqdim olunacaq.
5. AVTOXİZƏKDƏ GƏZİNTİ
Siz həmişə aeroxizək sürmək arzusunda olmusunuz? Bəlkə siz daha fərqli həyəcan axtarışında olan təcrübəli xizəkçisiniz? Bələdçilər sizi təhlükəsizlik qaydaları ilə tanış edərək maksimum əyləncə və həyəcan yaşamaq üçün bu güclü maşınların necə idarə olunmasını izah edəcəklər. Bu gəzinti ilə siz dağların başına qalxaraq, istirahət mərkəzi və ətraf ərazilərin möhtəşəm mənzərəsindən zövq alacaqsınız. Sizə gəzinti zamanı istifadə etmək üçün təhlükəsizlik dəbilqələri təqdim olunacaq.
6. OFF-ROUD TURLARI
Sükanı əlinizə alın və Jeep Wrangler-dəki gözəl Şahdağ dağ kurortunu araşdırın. Səyahət istəklərinizə əsasən sizin üçün bir marşrut təyin edəcəyik, nəqliyyat vasitəsini istismar etməyi bacardığınızdan əmin olun və macəranıza fokunlanın. Yüksək hündürlükdəki dağ keçidlərini fəth edin, dayaz axınlardan keçərək, dağ çiçəklərinin fotolarını çəkə, bir neçə xəyal şəhərindən birində dayana və ya asanlıqla uzaq bir cığırda skitlikdən zövq ala bilərsiniz.
7. QARDA TÜBİNQ
Bütün ailə üçün əyləncə!
Xüsusi şişirdilmiş dairələrə oturun və sürətlə yamaclardan aşağıya doğru sürüşün. Qarda tübinq sizə qış istirahətinin əyləncəsini tamamilə yeni bir bucaqdan yaşamaq üçün gözəl fürsət yaradır. Bunun üçün heç bir təcrübə tələb olunmur, sadəcə ailənizi və dostlarınızı dəvət edin və əylənin.
8. MƏNZƏRƏ RESTORANI
“Mənzərə” restoranında gözəl vaxt keçirməyə dəvət edirik. Bu restoranında olarkən fəslə görə dəyişən dağların əzəmətli görünüşü sizə və əzizlərinizə təyirsinizsə bu məkan tam sizin üçündür. Təcrübəli və sertifikatlı aşbazlarımızın hazırladığı i üçün isti münasibət və yüksək xidmət göstərən professional əməkdaşlarımızla hər zaman mosfer bəxş edəcək.
9. PİK PALACE SPA
“Pik Palace” Şahdağ Hotelinin spa prosedurları regionun ən gözəl təbiətinin təzahürü kimi çıxış edərək buranı istirahət üçün ideal yerə çevirir.
EL ART TRAVEL, Sizə daha münasib qiymətlər və əlverişli şərtlərlə uçuşlar və turlar təklif edir. Forumu doldurun və ya bizə birbaşa zəng edərək ətraflı məlumat əldə edə bilərsiniz.
Telefon:
+994 50 555 21 20
+994 50 555 00 49
+994 50 555 94 99